Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 07:04
"Malwarebytes" şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri "macOS" üçün faylları şifrləyən və əməliyyat sistemində çoxlu problemlər yaradan "EvilQuest" adlı yeni zərərli proqram təminatı aşkarlayıblar.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, zərərli kod "Little Snitch" əlavəsinin pirat surətində aşkarlanıb. Orijinal versiyadan fərqli olaraq müdaxiləyə məruz qalan mobil əlavə "PKOS" video quraşdırıcısına "macOS" əməliyyat sisteminə zərərli proqramı tətbiq edən xüsusi skript vasitəsilə göndərilir. Senari faylı "Little Snitch" əlavəsinə bağlı olan "/Library/LittleSnitchd/CrashReporter" qovluğuna köçürüldüyündən istifadəçi onun aktiv olmasını görə bilmir.
Bir müddət sonra sistem və istifadəçi fayllarını şifrləyən fırıldaqçı proqram aktivləşir. Bu səbəbdən "Finder" sistem fayl menecerinin işi dayandırılır, sistem isə fasiləsiz yenidən başladılır.
Daha sonra ekranda istifadəçi fayllarının bərpası üçün 50 dollar ödənişin edilməsini tələb edən bildiriş görünməyə başlayır. Ödəniş edilmədiyi halda bütün məlumatlar bildiriş göründükdən üç gün sonra silinir.
Təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən zərərli proqram təminatı faylları şifrlədikdən sonra onun aradan qaldırılması üsulu hələ ki aşkarlanmayıb. Bu səbəbdən istifadəçilərə kənar daşıyıcılarda bütün məlumatların ehtiyat surətlərinin mütəmadi yaradılması tövsiyə olunur.