Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“MacOS” sistemi ilə işləyən “iPhone” smartfonunun sınaqları keçirilir

“MacOS” sistemi ilə işləyən “iPhone” smartfonunun sınaqları keçirilir

Tarix: 7 Iyul 2020 07:24

"Apple" şirkəti "Galaxy" smartfonları üçün "Samsung Dex" dok-stansiyasını (birləşdirici qurğu) xatırladan, lakin "iPhone" smartfonları üçün nəzərdə tutulan qurğunun hazırlanması üzərində iş aparır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğu "iPhone" modelini monitora qoşmağa və istifadəçilərə tam masaüstü kompüter interfeysi təklif etməyə imkan verəcək. Mahiyyət etibarilə söhbət "iPhone" smartfonundan böyük ekrana "iOS" mobil versiyasının deyil, "MacOS" əməliyyat sisteminin analoqunun daxil edilməsindən gedir. Bununla yanaşı, istifadəçilər əlavə "maus" və klaviatura qoşmaqla adi "Mac" kompüterlərində edilən əməliyyatları yerinə yetirə biləcəklər.

Məlumata görə, hazırda "Apple" qurğunu maksimum keyfiyyətli və sürətli etmək üçün onun prototipinin hazırlanmasını davam etdirir. Bundan başqa, şirkət tərəfindən iki variant nəzərdən keçirilir. Belə ki, onlardan birində söhbət "iPhone" smartfonunun "MacOS" sistemi ilə işləməsindən, digərində isə böyük ekrana uyğunlaşdırılan interfeysdən (iOS sistemi əsasında) gedir.

Bundan əlavə, "Apple" şirkəti prototipi kommersiya məhsulu mərhələsinə çıxarmaq niyyətindədir. Bu gün qurğunun buraxılış ehtimalı 95 faiz qiymətləndirilir.

Milli.Az


Etiketlər:  MacOS sistemi ilə işləyən iPhone smartfonunun sınaqları keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ