Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da “TikTok” proqramının işi qadağan edilə bilər

ABŞ-da “TikTok” proqramının işi qadağan edilə bilər

Tarix: 7 Iyul 2020 16:48

ABŞ-ın dövlət katibi Mayk Pompeo ABŞ-da Çinin “TikTok” mobil tətbiqinin işini qadağan etmək imkanının nəzərdən keçirildiyini bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, "biz bu məsələyə çox ciddi yanaşırıq və əlbəttə ki, bu imkanı nəzərdən keçiririk" –Mayk Pompeo “Fox News” telekanalına müsahibəsində deyib.

 

"İnsanların mobil telefonlarına quraşdırılmış Çin proqramlarına gəlincə, sizi əmin edirəm ki, ABŞ hər şeyi düzgün edəcək” – Pompeo bildirib.

 

Onun sözlərinə görə, insanlar şəxsi məlumatlarının Çin Kommunist Partiyasının əlində olmasını istəyirlərsə, onda “TikTok” mobil tətbiqindən istifadə edə bilərlər.

 

“TikTok” Çinin “ByteDance” şirkətinə məxsus olan qısamüddətli videolar yaratmaq və onları izləmək üçün proqramdır.

 

Emil Hüseynov




Etiketlər:  ABŞ TikTok proqramının işi qadağan edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ