Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 20:45
Dünya koronavirus kabusundan xilas olmamış yeni bir xəstəlik qorxusu yaranmağa başlayır.
COVİD-19-a ən çox qurban və yoluxmanın qeydə alındığı ABŞ-da artıq yeni xəstəliyə ilk yoluxma faktı da qeydə alınıb. "Neqleriya Foulera" adlanan dəhşətli birhüceyrəli parazit Floridada ortaya çıxıb. Florida Səhiyyə İdarəsi (DOH) Hillsborouqda yaşayan bir nəfərin virusa yoluxduğunu açıqlayıb.
Tək hüceyrəli amöp beyində infeksiyaya yol açır və adətən bu yoluxmalar ölümlə nəticələnir. Göl, çay kimi şirin sularda olan tək hücyrəli "Neqleriya Foulera" burun yolu ilə yoluxur və insandan-insana keçmir.
DOH xəstənin hansı yolla yoluxduğu və vəziyyəti haqqında məlumat verməyib.
İnfeksiya ölümcül olduğu üçün Hillsboroqda yaşayanlar üçün xəbərdarlıq yayılıb. İnsanlardan su kənarlarında daha diqqətli olmaları xahiş edilib.
İnfeksiyanın iyul, avqust və sentyabr aylarında artacağı ehtimal edilir.
Burunlarına parazit daxil olan şəxslərdə yüksək hərarət, ürək bulanması, qusma, boyun tutulması və baş ağrısı kimi əlamətlər müşahidə edilir. Xəstələr adətən 1 həftə ərzində ölürlər. DOH bu əlamətləri müşahidə edənlərdən vaxt itirmədən həkimə müraciət etmələrini istəyib.
ABŞ-da 2009-2018 il arasında 34 yoluxma qeydə alınıb. Onlardan 30-u üzmək üçün girdikləri sulardan, 3-ü burnuna mikroblu su çəkdikdən, biri isə həyətindəki su sürüşkənində sürüşdükdən sonra yoluxmuşdu.
Adıçəkilən infeksiya sürətlə beyin hüceyrələrini məhv edir. Beyində şişə və bərpası mümkün olmayan zədələnmələrə gətirib çıxarır.