Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 23:56
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Netflix-dən istifadəni qadağan etməklə bağlı qərarını çoxları birmənalı qarşılamayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, TBMM səlahiyyətliləri bu qərarı belə əsaslandırıblar: "Millət vəkillərinin internet sürəti ilə bağlı şikayətləri araşdırıldı. Abunəlik əsasında fəaliyyət göstərən platformaların günün pik saatlarında interneti xeyli məşğul etdiyi məlum oldu. Buna görə də, mart ayında idarə heyətinə Netflix də daxil olmaqla, bir sıra platformalara giriş qadağan olundu. İyunun 26-dan isə bu məhdudiyyət hər kəsə şamil edildi".
Qeyd edək ki, qadağanın hələ ötən ildən müzakirə edildiyi bildirilib. Bunun R.T.Ərdoğanın sosial məhdudiyyətlər barədə açıqlamasi ilə əlaqədar olmadığı vurğulanıb.