Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 23:03
Uşaqların sağlam böyüməsi üçün ilk növbədə onların qida rasionuna fikir vermək lazımdır. Körpələrin doğulduğu gündən ilk altı aya qədər ana südü qəbul etməsi vacibdir. Lakin həmin müddətdən sonra mütləq onlara əlavə qidalar verilməlidir.
Sonxeber.net bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Alma, armud, ərik, şaftalı və digər meyvələr uşaqların sağlam böyüməsində mühüm rol oynayır. Həmin meyvələrin tərkibində olan maddələr onların vitaminlərə olan tələbatını ödəyir. Armud A, B, S vitaminləri ilə zəngindir, zehni yorğunluğu aradan qaldırır, mədə-bağırsaq həzmini yaxşılaşdırır. Lifli meyvələrlə qidalanmaq qəbizliyin yaranmasına səbəb olmur.
Meyvələrdən başqa tərəvəzlər də qida rasionunda əhəmiyyətli rol oynayır. Kələm, kök, kartof və digər tərəvəzlər çox faydalıdır. Yerli meyvə və tərəvəzlər vitaminlərlə daha zəngindir. Xüsusilə balqabağın müxtəlif cür istifadəsi uşaqların sağlamlığında çox mühüm əhəmiyyət kəsb edir".