Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Öz formasını dəyişdirən “ağıllı” parça təqdim edilib

Öz formasını dəyişdirən “ağıllı” parça təqdim edilib

Tarix: 9 Iyul 2020 08:24

Böyük britaniyalı tədqiqatçılar öz formasını dəyişdirə bilən "ağıllı" parça təqdim ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Harvard İnstitutunun tədqiqatçıları özündə "Novec 7000" mühəndislik mayesini saxlayan hermetik möhürlənmiş paketlərdən ibarət "Smart Thermally Actuating Textiles" (STATs) adlı avtomatlaşdırılmış parça hazırlayıblar. Qızma vaxtı maye buxarlanır ki, bu da parçanın formasını dəyişdirir. Ancaq soyuduqda buxar yenidən maye halına qayıdır və parçanın forması kiçilir.

Tədqiqatçılar parçanın formasını tənzimləyən kənar qurğudan xilas olmaq üçün materiala elektrik keçirən gümüşlənmiş saplar hörüblər. Onlar "ağıllı" parçanın qızdırıcı və sensor elementləri rolunda çıxış edərək mayenin buxara və əksinə çevrilməsi üçün lazım olan temperaturu və təzyiqi dəyişdirməyə imkan verirlər.

Milli.Az


Etiketlər:  Öz formasını dəyişdirən ağıllı parça təqdim edilib


RƏYLƏR