Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 12:15
Bəhram Bağırzadənin vəziyyəti stabildir, hələ də reanimasiyadıdır.
Sonxeber.net xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə deyib. Onun sözlərinə görə, B.Bağırzadə hazırda aparatlara qoşulu vəziyyətdədir.
"Xəstəxana çarpayısının arxası qaldırılıb otuzdurulur. Əvvəlki dövrlərlə müqayisədə vəziyyəti yaxşıdır. Onunla hələ danışa bilməmişik. Vəziyyəti barədə ancaq həkimlərdən məlumat alırıq".
Xatırladaq ki, Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.