Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sabah"dan növbəti transfer - Rəsmi

Tarix: 9 Iyul 2020 12:16

“Sabah”  heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi yarımmüdafiəçi Aleksey İsayevi transfer edib. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.

Xatırladaq ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.

 


Etiketlər:  Sabahdan növbəti transfer Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ