Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 13:15
Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı qadağan edilən toy məclislərinə Rusiyada artıq icazə verilib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, uzun müddətdir Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova 3 aylıq fasilədən sonra ilk toy dəvətini alıb. Sənətçi ötən gün baş tutan toydan görüntüləri İnstaqram səhifəsində yayımlayıb.
"Bakıdakı bütün musiqiçi və sənətçiləri salamlayıram. Çətin günlər geridə qalacaq və siz də balalarınıza çörək aparacaqsınız. Toya qayıtsam belə, ürəyim sizin yanınızdadır. Bu günləri sizin də yaşamağınızı istəyirəm.
Üç ay əvvəl çox ağır bir dönəmi geridə qoyduq. Xəstəlik oldu, hər yer bağlandı və insanlar çətin anlar yaşadı. İndi biz normal həyata qayıtdıq. Həyatımız olsa da, yaşamağımız çətinləşmişdi. Hazırda Azərbaycanda vəziyyət o qədər də yaxşı deyil. Xalqıma səbr diləyirəm" deyə, Rəqsanə bildirib.