Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı - YENİLƏNİB

DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı - YENİLƏNİB

Tarix: 9 Iyul 2020 13:57

13:55

Daxili İşlər Nazirliyinin Mütəşəkkül Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Kənd Təsərrüfatı Nazirliyi ölkədə fermerlərə verilməli olan subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, əməliyyat ölkənin bir neçə rayonunda keçirilib. Əməliyyat zamanı özəl sektorun onlarla əməkdaşı mənimsəmədə ittiham olunaraq saxlanılıblar. Araşdırmalar zamanı həmin şəxslərin külli miqdarda aqrar subsidiyaları mənimsəməsi faktı üzə çıxıb.

Saxlanılan şəxslərin əksəriyyatı ölkədə gübrə təchizatçısı olan şirkətlərin rəhbərləridir. Hazırda əməliyyat davam etdirilir. Hadisə barədə ictinaiyyətə yaxın vaxtlarda məlumat veriləcək.

---------
13:51

DİN Kənd Təsərrüfatı Nazirliyi ilə birgə kənd təsərrüfatı sahəsində vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, əməliyyatda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Kənd təsərrüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaların mənimsənilməsilə bağlı özel sektorda vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Məlumatlara görə, 15-dən çox rayonda fermerlərə ayrılan subsidiyalar mənimsənilib.

Əməliyyat barədə ictimaiyyətə geniş məlumatın veriləcəyi bildirlir.


Etiketlər:  DİN rayonlarda əməliyyata başladı artıq şirkət rəhbəri saxlanıldı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ