Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2019 15:14
Bakı. Elnur Bağışov - Trend:
İranın seldən zərərçəkən bəzi bölgələrində dəri və yoluxucu xəstəliklərin yayılması ehtimalı var.
Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Əli Əsğər Peyvəndi deyib.
Ə.Peyvəndinin sözlərinə görə, Qırmızı Aypara Cəmiyyətinin vəzifəsi insanları xilasetmə, yardım, ərzaqla və müvəqqəti sığınacaqlarla təmin etməkdir. Cəmiyyət sədri əlavə edib ki, müxtəlif vilayətlərdə hələ də zəruri müalicə işləri sona çatmayıb.
Xatırladaq ki, İranda 18 martdan başlayaraq təxminən 1 ay ərzində baş verən sel və daşqınlar nəticəsində 77 nəfər həlak olub, min nəfərdən çox insan yaralanıb, 4 nəfər itkin düşüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin