Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - VİDEO

“Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - VİDEO

Tarix: 10 Iyul 2020 17:16

Kamera radarları vasitəsilə sürücülərin icazəsinin olub-olmadığını müəyyənləşdirə bilirik.

Sonxeber.net xəbər verir ki, bu barədə AzTV-də şəhərdə bərpa edilən polis postları haqqında yayımlanan reportajda Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Ələsgərli məlumat verib.

O qeyd edib ki, Dövlət Yol Polisi xüsusi texniki vasitələrlə qeyd olunan icazələri kameralar vasitəsilə də müəyyənləşdirə bilir: "Ona görə də vətəndaşlarımıza bildiririk ki, yollarda hərəkəti maksimum azaltsınlar. Bütün bunların məqsədi təmasın azaldılmasıdır".

Xatırladaq ki, bir müddət əvvəl paytaxt ərazisində postlar ləğv edilmişdi. Bildirilmişdi ki, bundan sonra hərəkət iştirakçılarına kameralarla nəzarət olunacaq. Bunun üçün isə müvafiq qanunvericiliyə dəyişikliklər edilməlidir. K. Əliyev qanunvericiliyə dəyişikliyin edilməsi istiqamətində hazırda məsələnin nə yerdə olmasından xəbərdar olmadığını vurğulayıb. O qeyd edib ki, qanunverici orqanda Məcəlləyə dəyişiklik olarsa, bu barədə ictimaiyyət məlumatlandırılacaq.


Etiketlər:  Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ