Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 18:24
Koronavirus pandemiyası dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, "Şimal-Cənub", "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv fəaliyyəti təmin olunub.
Onun sözlərinə görə, xaricdən idxal olunan hər hansı məhsulda qıtlıq olmayıb. PA rəsmisi vurğulayıb ki, Qərb sərhəd-keçid məntəqəsində yerli və əcnəbi sürücülər testdən keçirilir:
"Pandemiya başlayan dövrdən də şimal istiqamətindən polisin müşayiəti ilə keçid təmin olunur. Bu sahədə hər hansı problem varsa, birgə araşdıraraq həll yollarını tapmalıyıq".