Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 23:08
2020-ci ilin iyun ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 3132 yeni abonent qeydiyyata alınıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov deyib.
Onun sözlərinə görə, bundan 2252 abonent Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 880 abonent isə regionların payına düşür: "Bu ilin yanvar-iyun ayları ərzində əhali sektoru üzrə 36 564 yeni abonent qeydiyyata alınıb. Beləliklə, 01 iyul 2020-ci il tarixinə "Azəriqaz" İstehsalat Birliyində ölkə üzrə qeydiyyatda olan abonentlərin sayı 2 milyon 284 min 980-ə bərabər olmuşdur. 881 905 abonent Bakı şəhəri, 1 milyon 403 min 75 abonent isə regionlarda qeydiyyata alınıb.
Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 621 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün hər birinə 5000 kub metr həcmində limit ayrılıb".