Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qualcomm şirkəti Snapdragon 865 Plus-ı təqdim edib

Qualcomm şirkəti Snapdragon 865 Plus-ı təqdim edib

Tarix: 11 Iyul 2020 08:56

Qualcomm öncədən heç bir anons etmədən Snapdragon 865 Plus prosessorunu təqdim edib. Keçən ilki Snapdragon 855 Plus modelində olduğu kimi adi Snapdragon 865 modeli ilə müqayisədə yeni prosessorda o qədər də ciddi yeniliklər yoxdur. Qualcomm şirkəti Snapdragon 865 Plus modelində əsas diqqəti qrafik performansın yüksəlməsinə və Wi-Fi vasitəsilə ötürülən məlumatların ötürülmə sürətinə diqqət ayırıb.

Snapdragon 865 Plus modeli 3.1 GHz tezlikdə çalışan 8 ədəd Kryo 585 Prime nüvəsinə sahibdir. Bu isə yeni prosessora Snapdragon 865 ilə müqayisədə 10%-lik performans yüksəlişini təmin edir. Qeyd etmək lazımdır ki, adi Snapdragon 865-də 2.84 GHz tezlikdə çalışan Kryo 585 nüvələrindən istifadə olunur. Bundan əlavə olaraq yeni prosessorda Adreno 650 qrafik çipindən istifadə olunur. Bi isə öz növbəsində qrafik performansın 10% yüksəlməsinə imkan verir.

Snapdragon 865 Plus-ın daha bir fərqli özəlliklərindən biri də odur ki, o, Wi-Fi 6E standartını dəstəkləyir. Yeni Wi-Fi standartı vasitəsilə Snapdragon 865 Plus məlumatları saniyədə 3.6 Gbit sürətlə ötürə bilir. Bununla yanaşı Plus modeldə Bluetooth 5.2 dəstəyi də reallaşdırılıb. Digər bütün göstəricilər üzrə Snapdragon 865 Plus modeli adi Snapdragon 865 ilə eynidir. Artlq məlumdur ki, Snapdragon 865 Plus prosessorunu ilk əldə edəcək smartfonlar ASUS ROG Phone 3 və Lenovo Legion gamer smartfonları olacaqlar.

Milli.Az


Etiketlər:  Qualcomm şirkəti Snapdragon 865 Plus ı təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ