Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 00:52
Ukrayna Premyer Liqasında 30-cu turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, millimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" doğma meydanda Kiyev "Dinamo"su ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
P.Paşayev sözügedən görüşdə iştirak etməyib. Onun adı iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Aleksandriya" hazırda 45 xalla 5-ci pillədə qərarlaşıb.