Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 20:38
Albaniya prezidenti İlir Meta Canni De Byazini Azərbaycan millisinə baş məşqçi təyin olunmasından yazıb.
Qol.az xəbər verir ki, o, özünün "Feysbuk" səhifəsində Byazi ilə birgə şəklini paylaşaraq bu sözləri yazıb:
"Canni De Byazinin sayəsində Azərbaycanla yeni əlaqələrimiz olacaq. Bu təyinata görə sevindim və ona çoxlu uğur arzulamaqdan məmnumam. Bizim üçün dəyərli olan De Byazini heç vaxt unutmarıq", - İlir Meta qeyd edib.
Qeyd edək ki, 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq etmiş Canni De Byazi bu komandanı tarixində ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb.