Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 11:06
Bakı. Sara İsrafilbəyova - Trend:
Azərbaycan Dövlət Neft Şirkəti "SOCAR" bu il iki yeni yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə Trend-ə SOCAR-dan bildiriblər. Qeyd edilib ki, yanacaqdoldurma məntəqələrinin Bakı və Şəkidə istifadəyə verilməsi nəzərdə tutulur.
Şirkətdən bildirilib ki, SOCAR, həmçinin sıxılmış təbii qaz (CNG) satışı üzrə yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməyə davam edir:
"Hazırda Azərbaycanda SOCAR brendi altında 29 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir".
SOCAR-ın istehsal üzrə vitse-prezidenti Davud Məmmədov bildirib ki, ilin sonunadək Azərbaycanda sıxılmış təbii qazın satılması üçün məntəqələrin sayının 14-ə çatdırılması planlaşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin