Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsli Kazımova: Həmrəylik nümayiş etdirərək dövlət başçısının ətrafında birləşməliyik!

Əsli Kazımova: Həmrəylik nümayiş etdirərək dövlət başçısının ətrafında birləşməliyik!

Tarix: 15 Iyul 2020 18:24

"Xalqın həmrəyliyini və Ordudakı itkiləri ölkədə ixtişaş yaratmaq üçün istifadə edənlərə ar olsun!"

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

O qeyd edib ki, iyulun 14-dən 15-nə keçən gecə pandemiyaya rəğmən xalqımızın Vətən uğrunda birlik nümayiş etdirməsi həqiqətən təqdirəlayiq haldır:

"Xalqımın ən ağır gündə belə dövlətinə, Vətəninə, Yurduna, sahib çıxmaq istəyini nümayiş etdirməsi bir daha Azərbaycanın həmrəy şəkildə dövlətin yanında olmasının göstəricisi idi. Amma mən hər dəfə qeyd edirəm, bir sıra radikal qüvvələr gənclərimizi öz maraqlarına görə istifadə edir. Onları yanlış istiqamətləndirərək ölkədə ixtişaşlara səbəb olacaq addımlar atmağa sövq edir. Vətən uğrunda şəhid olan hər bir əsgərimiz bizim canımız, qanımızdır. Biz hamılıqla hər bir itkimizə görə üzülür və sarsıntı keçiririk. Amma heç bir halda dövlətimizə və öz millətimizə aqressiya nümayiş etdirməklə heç bir şəhidimizi geri gətirə bilməyəcəyik. Gənclərimiz ilk növbədə bunu dərk etməlidir. Ötən gecə Parlament binasına daxil olan bir qurup gənc mən əminəm ki, məhz bir qurup radikal mövqeli şəxslərin maraqlarına və təlimatlarına əsasən bu addımı atmışlar.

Ali Baş Komandan, Cənab İlham Əliyevin əmri olarsa, əli silah tutan hər kəsin Vətən uğrunda döyüşməyə hazır olduğunu bilmək inanın ki, dövlətə böyük dəstəkdir. Bu məqsədlə könüllü olaraq, döyüşə qatılmaq istəyini bildirən gənclərimizlə sözün əsl mənasında fəxr edirik. Amma unutmamalıyıq ki, aqressiv şəkildə hərəkət etməklə, öz malımıza, mülkümüzə ziyan vurmaqla, öz vətəndaşımıza xəsarət yetirməklə, zor tətbiq etməklə biz torpaqlarımızı geri almırıq, nə də şəhid olan əsgərlərimizi geri gətirə bilmirik. Biz Ali Baş Komandanın düşünülmüş siyasi idarəçiliyinə güvənməli, heç bir xarici və daxili qüvvələrin ölkədaxili ixtişaşalara səbəb olacaq maraqlarına xidmət etmədən, həmrəylik nümayiş etdirərək dövlət başçısının ətrafında birləşməliyik!".


Etiketlər:  Əsli Kazımova Həmrəylik nümayiş etdirərək dövlət başçısının ətrafında birləşməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ