Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSA və FCA Stellantis avtokonserni adı altında birləşəcəklər

PSA və FCA Stellantis avtokonserni adı altında birləşəcəklər

Tarix: 16 Iyul 2020 08:44

Bakı. Trend:

Fransanın PSA (Peugeot) və İtaliya-amerikan Fiat Chrysler Avtomobilləri (FCA) qruplarının birləşməsi tamamlandıqdan sonra meydana çıxacaq avtokonsern Stellantis adlanacaq.

Trend-in məlumtına görə, nəhəng avtomobil istahsalçısının ortaya gəlməsi ilə nəticələnəcək birləşmə üzrə əməliyyat 2021-ci ilin birinci yarısında tamamlanmalıdır. Stellanis adı latın dilindən götürülüb və "ulduzlarla ışıqlandırılmış" mənasına gəlir.

Xatırladaq ki, PSA və FCA istahsalçıların birləşməsi barədə 2019-cu ilin sonunda elan edilib. Bildirili ki, Avropanın monopoliyaya qarşı qurumu bu barədə hələ də qərar verməyib. Lakin artıq ABŞ, Çin, Yaponiya və Rusiyanın monopoliyaya qarşı qurumlarının bu məsələyə dair qarşı olmadıqları bəllidir.

İtalyan avotmobil istehsalçısı Fabbrica Italiana Automobili Torino (Fiat) amerikan Chrysler şirkəti ilə 2014-cü ildə birləşib. Bu başlanğıc siyasəti birləşərək nəhəng konsernlər yaratmağa yönələn Fiat qrupunun 2018-ci ildə xəstəlikdən dünyasını dəyişən məhşur menejer Serdjio Markionne tərəfindən qoyulub.


Etiketlər:  Stellantis avtokonserni adı altında birləşəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ