Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 09:33
“COVID-19” pandemiyasının mənfi nəticələrinə, ABŞ-ın dövlət müqavilələrində Çinin “Hikvision” və “Dahua” istehsalçılarının iştirakına qoyulmuş qadağaya baxmayaraq, yaxın 5 ildə video müşahidə kameraları bazarının həcmi artmağa davam edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “IDC” analitik şirkətinin proqnozuna görə, müşahidə kameralarının satışından əldə edilən gəlir 2019-cu ildə 23,6 milyard dollardan 2025-ci ildə 44 milyard dollaradək artacaq. Baxılan dövrdə orta illik artım tempi təxminən 13% təşkil edəcək. Analitiklər hesab edirlər ki, “ağıllı” video müşahidə sistemləri və analitik proqram təminatının tətbiqi bazarda müsbət dinamikanı təmin edəcək.
Coğrafi region baxımından Şimali Amerika əvvəlki kimi ən böyük video müşahidə kameraları istehlakçısı olaraq qalacaq. Çin ikinci yeri tutacaq.
Emil Hüseynov