Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə Nazirliyi xəbərdarlıq etdi: Ermənilərdən sizə mesaj gələ bilər

Müdafiə Nazirliyi xəbərdarlıq etdi: Ermənilərdən sizə mesaj gələ bilər

Tarix: 16 Iyul 2020 14:24

Müdafiə Nazirliyi xəbərdarlıq yayıb.

Sonxeber.net-ın məlumatına görə, xəbərdarlıqda deyilir: "Ermənilər Azərbaycan və Türk dilini öyrənib, Azərbaycan nömrəsi ilə vətəndaşlarımıza yazır ki, "Azərbaycanda nə baş verir?". 0505582881 və 0552298493 , +90 539 507 06 81 bu nömrələrdən mesaj gələ bilər. Siz o mesaja qətiyyətlə cavab verməyin xahiş olunur. Sizdən məlumat toplayıb özləri Azərbaycanın planlarını öyrənir və ermənilər yeni plan qururlar.

Snapchat və PicsArt proqramı sizin mobil telefonunuzda varsa, onları silin. Çünki onların kodlarını qırıb şəkillərinizi götürə bilərlər. Əsasən, qızların proqramlarının kodunu qırıb onların şəklini götürürlər, ya öz səhifələrində paylaşıb altına nalayiq sözlər yazırlar yada şantaj edirlər. Silin o proqramları xahiş edirik.

Sizin mobil telefonunuza mesaj gələ bilər, İnstagram linki kimi bir mesajdır. O mesaj sizə gəlsə, qəti şəkildə o mesaja daxil olmayın, yəni o linkə girməyin. Tez o mesajı silin. O linkə girsəniz, sizin telefonunuzda nə varsa, hər şey ermənilərin əlinə keçəcək. Məsələn, instagram, whatsapp və başqaları. Yəni qətiyyən o linkə daxil olmayın. Mesaj sizə gələn kimi mesaja girməmiş mesajı silin".


Etiketlər:  Müdafiə Nazirliyi xəbərdarlıq etdi Ermənilərdən sizə mesaj gələ bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ