Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dzeko ''Roma''nın tarixinə düşdü

Dzeko ''Roma''nın tarixinə düşdü

Tarix: 16 Iyul 2020 19:38

İtaliya A Seriyasının 33-cü turunda “Verona” üzərində 2:1 hesablı qələbə "Roma"nın futbolçusu Edin Dzeko üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, bosniyalı hücumçu sözügedən görüşdə qol vurmaqla klubun tarixinə keçib.

2016-cı ildən paytaxt təmsilçisində çıxış edən Dzeko klubdakı qollarının sayını 105-ə çatdırıb. Bu göstərici ilə o, “Roma”da ən çox qol vuran legioner futbolçu adını qazanıb. O, 1959-1965-ci illərdə "Roma"da oynayan argentinalı Pedro Manfredininin rekordunu yeniləyib.ə 

Qeyd edək ki, 34 yaşlı Dzeko bu mövsüm “canavarlar”ın heyətində 39 matç keçirib və 18 qol vurub.












1959-1965-ci illərdə oynayan argentinalı Pedro Manfredini

 


Etiketlər:  Dzeko Romanın tarixinə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ