Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 11:34
"Bu, çox güclü hissdir, çünki oyunçuların etdikləri təsiredicidir. Mənim öz emosiyalarımı təsvir etmək üçün deməyə sözüm yoxdur".
Qol.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan "Marca"ya açıqlamasında deyib.
Fransız mütəxəssis La Liqanın 37-ci turunda "Vilyarreal"a qalib gələrək (2:1) çempionluqlarını rəsmiləşdirdikdən sonra fikirlərini bölüşüb. O, bu uğurda əsas futbolçuların rolunu qeyd edib: "Müvəffəqiyyəti reallaşdıranlar oyunçulardır, hansılar ki, meydanda vuruşurlar. Həqiqətdir ki, bunda mənim də rolum var, mənim ideyalarıma inanan futbolçuların da. Hətta kim ki, daha az oynayırdı, o da bu işə öz töhfəsini verdi. Biz ən yaxşı idik, çünki biz ən çox xal toplayanlarıq. Vəssalam.
Bu, mənim üçün məşqçi kimi ən yaxşı günlərdən biridir. Titulun bayram edilməsi – bu hamı üçün qəribə andır, biz azarkeşlərimizlə olmaq istərdik, amma onlar yəqin evdə də xoşbəxtdir.
Təbii ki, Çempionlar Liqası başqa bir turnirnir, amma mən bu titula daha çox şadam".
Qeyd edək ki, "Real" tarixində 34-cü dəfə İspaniya çempionu adını qazanıb.