Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 15:04
“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani”yə uduzub, mübarizəni dayandırsa, yoluna Avropa Liqasında davam edəcək.
Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibi də müəyyənləşib.
Qurban Qurbanovun komandası ÇL-də ilk mərhələni keçə bilməsə, Avroliqanın ikinci təsnifat mərhələsində "Şerif" (Moldova) - "Saburtalo" (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Moldova və Gürcüstan təmsilçiləri ÇL-in 1-ci təsnifat mərhələsində üz-üzə gələcəklər.