Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

16 il sonra Premyer Liqaya vəsiqə qazandılar

16 il sonra Premyer Liqaya vəsiqə qazandılar

Tarix: 18 Iyul 2020 17:32

İngiltərə Premyer Liqasının 2020/21 mövsümünə vəsiqə qazanan ilk komanda müəyyənləşib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, "Leeds United" Çempionşipdə sona iki tur qalmış həm çempionluğunu, həm də elitaya vəsiqəni təmin edib.

Buna ikinci pillədə qərarlaşmış "West Bromwich"in ötən gün səfərdə "Huddersfield"ə 1:2 hesablı məğlubiyyəti şərait yaradıb. Hazırda iki oyunu qalan lider "Leeds"in 87 xalı varsa, cəmi bir oyunu qalan "West Bromwich" 82 xalla ikinci, "Brantford" isə 81 xalla üçüncüdür. Bu da "Leeds"in qalan oyunlarda uduzsa belə, zirvədəki mövqeyini əldən verməyəcəyi anlamına gəlmir.

Qeyd edək ki, "Leeds" 16 illik fasilədən sonra İngiltərə Premyer Liqasına dönür. Sözügedən klub sonuncu dəfə 2003/04 mövsümündə elitada olub. Bu klub tarixində üç dəfə (1969, 1974 və 1992) İngiltərə çempionu olub.


Etiketlər:  sonra Premyer Liqaya vəsiqə qazandılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ