Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Superliqa klubu Qurban Qurbanova təklif göndərdi

Superliqa klubu Qurban Qurbanova təklif göndərdi

Tarix: 18 Iyul 2020 18:50

Yeni mövsüm Türkiyə Superliqasında oynamağa vəsiqə qazanan "Hatayspor" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərib.

Qol.az-ın əldə etdiyi xəbərə görə, Türkiyə təmsilçisi 48 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək üçün onunla danışıqlar  aparır. Klub rəhbərliyi səviyyəsində Q.Qurbanovla danışıqlar son günlər daha da gücləndirilib.

Məsələ ilə bağlı Qurbanovun özünün rəyini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, bu, səviyyəli yüksək liqaları olan ölkələr səviyyəsində son 20 ildə Azərbaycan məşqçilərinə ilk müraciətdir.

Xatırladaq ki, "Hatayspor" 2019/20 mövsümündə Türkiyə birinci liqasında çempionluğu rəsmiləşdirib və superliqaya vəsiqə qazanıb. Komandanın hazırkı baş məşqçisi Mehmet Altıparmakdır. Amma klubun onunla yolları ayırmaq istədiyi bildirlir.

Əlavə edək ki, Q.Qurbanova bu təklif barədə ilk xəbəri azerisport.com saytı yayıb.

 


Etiketlər:  Superliqa klubu Qurban Qurbanova təklif göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ