Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karantini pozanlar güllələnir - Virusla qanlı mübarizə

Karantini pozanlar güllələnir - Virusla qanlı mübarizə

Tarix: 18 Iyul 2020 21:27

Kolumbiyada ölkəni cənginə alan koronavirusla qanlı mübarizə başlayıb.

Milli.Az "BakuPost"a istinadən bildirir ki, 6 mindən çox insanın öldüyü ölkədə karantin qaydalarına riayət etməyənlər güllələnirlər. Bu qanlı cəzanı verənlər isə kartellərdir.
İnsan Haqları Müşahidə Təşkilatının (HRW) məlumatına görə, bu vaxta kimi kartellərin elan etdiyi ağır karantin şərtlərinə əməl etməyən 9 nəfər öldürülüb.

Ölkənin 32 əyalətindən azı 11-də hökumətin elan etdiyi qərarlar yerinə kartellər öz "ədalət" sistemlərini işə salıblar. Yerli hökumət nümayəndələrinin belə bu qruplaşmalar tərəfindən təhdid edildikləri barədə məlumatlar yayılıb.

Milli.Az


Etiketlər:  Karantini pozanlar güllələnir Virusla qanlı mübarizə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ