Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 22:44
Son günlər pandemiyadan sonra xeyli aktuallaşan Zoom-un Microsoft Office 365 hesablarının oğurlanması üçün istifadə edildiyi müzakirə olunur. Buna səbəb kimi Zoom tərəfindən göndərilən elektron poçt mesajları göstərilir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Zoom rəsmiləri mövzu ilə bağlı açıqlama veriblər.
Bildirilib ki, bütün istifadəçilər Zoom-un adından göndərilən saxta elektron poçt mesajlarına qarşı diqqətli olmalıdırlar. Yalnız mənbəyi məlum olan, güvənli mesajları açmaq tövsiyə olunub. Qeyd edilib ki, Zoom tərəfindən göndərilən linklərin sonu yalnız zoom.us, zoom.com və ya zoom.com.cn ilə bitir. İstifadəçi linkə daxil olmazdan öncə onu diqqətlə nəzərdən keçirməlidir.