Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 18:15
Bakı. Trend:
Artıq kreativ Azərbaycan brendinin yaradılması istiqamətində iş gedir və loqonun ilkin variantı hazırlanıb.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə qurumun kollegiya iclasında deyib.
Şöbə müdiri qeyd edib ki, mədəniyyət sənayesinin formalaşmasında digər vacib istiqamət bu sahənin brendləşdirilməsidir: “Brendləşmə nazirliyin strukturlarında kənar müəssisələrin, biznes strukturlarının vahid bir şüar altında şəbəkələşməsinə kömək edə bilər. Bunun üçün artıq kreativ Azərbaycan brendinin yaradılması istiqamətində iş gedir və loqonun ilkin variantı hazırlanıb. Bu sahədə aparılan işlər bütün sahələri əhatə edərək dərin tərəfdaşlığa yardımçı olacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin