Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 10:30
Ermənistan-Azərbaycan sərhəddində döyüşlərə ara verilsə də vəziyyət gərgin olaraq qalır.
Sonxeber.net xəbər verir ki, Türkiyənin məşhur "Anadolu" Agentliyi (AA) Ermənistanın ələ keçirmək istədikləri Azərbaycanın mövqelərindən birindəki vəziyyəti kameranın yaddaşına köçürüb.
Agentlik Ermənistan Silahlı Qüvvələrinin gerçəkləşdirdiyi təxribatın qarşısını uğurla alan Azərbaycan hərbçilərinin qarşı tərəfdəki ən xırda aktivliyi belə nəzarətdə saxladığını qeyd edib. AA onu da qeyd edib ki, əsgərlərin hazırlıqlarının və əhval-ruhiyyələrinin olduqca yüksək olduğu görünür. Silah-sursat təchzatı baxımından da hər hansı bir problemin olmadığı diqqətə çatdırılıb.
Bu da "Anadolu" Agentliyinin Ermənistan silahlı birləşmələrinin iyulun 12-dən 16-a qədər ələ keçirmək istədiyi yüksəkliklərin birindən çəkdiyi kadrlar:
Təhməz Təkin