Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda azarkeşlər oyuna buraxılacaqlar

Gürcüstanda azarkeşlər oyuna buraxılacaqlar

Tarix: 21 Iyul 2020 17:50

Gürcüstanda hökumət futbol üzrə çempionat oyunları zamanı tamaşaçıların stadionlara daxil olmasına icazə verib.

Qol.az xəbər verir ki, bu barədə yerli mətbuata açıalamasında Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili məlumat verib.

Eyni zamanda millət vəkili olan Kobiaşvili koronavirus pandemiyası səbəbindən boş tribunalar önündə keçirilən qarşılaşmalara artıq son qoyulduğunu söyləyib. Arenaya girişdə tamaşaçıların hərarətləri yoxlanılacaq və onlar təhlükəsizlik qaydalarına uyğun şəkildə stadiona buraxılacaq.

Qeyd edək ki, Gürcüstan çempionatında 6-cı tur geridə qalıb.

 


Etiketlər:  Gürcüstanda azarkeşlər oyuna buraxılacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ