Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Facebook Messenger-in videozəngləri üçün Screen Sharing funksiyası əlavə edilib

Facebook Messenger-in videozəngləri üçün Screen Sharing funksiyası əlavə edilib

Tarix: 21 Iyul 2020 21:16

Facebook şirkəti özünün Messenger tətbiqinə yeni faydalı funksiyanı əlavə edib. Söhbət, Screen Sharing funksiyasından gedir. Bu barədə Gagadget saytı xəbər verib. Bu funksiya vasitəsilə istifadəçilər videozəng zamanı həmsöhbət olduqları şəxslərə smartfonlarının ekranlarını sərgiləyə bilərlər. Sözügedən funksiya 8 nəfərdən 16 nəfərə kimi iştirakı nəzərdə tutulmuş Rooms servisində istifadə etmək olar. Yaxın zamanda tərtibatçılar bu funksiyanı həmçinin 50 nəfərin iştirakı ilə reallaşdırılan videozənglərə də inteqrasiya edəcəklər. Screen Sharing funksiyası sosial şəbəkənin veb versiyası da daxil olmaqla artıq aktivləşdirilib.


Etiketlər:  Facebook Messenger videozəngləri üçün Screen Sharing funksiyası əlavə edilib


RƏYLƏR