Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 05:39
Bakı. Trend:
Kolumbiyanın şimal-şərqində 5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Milli geoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Pyedekuesta munisipalitetində (Santander departamenti) baş verib.
Yeraltı təkanların ocağı 163 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.