Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 22:44
ABŞ Prezidenti Donald Trump Feysbuk və İnstaqramda TikTok-un gizlilik siyasəti ilə bağlı reklam verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, paylaşımda "TikTok sizi izləyir" sözləri yazılıb.
Trump-ın paylaşımına daxil olan istifadəçilər isə TikTok-un qadağan edilməsini istəyib-istəmədikləri barədə sorğu ilə rastlaşıblar. Amma bu sorğunu cavablamaq üçün istifadəçidən ad və telefon nömrələrini daxil etmək tələb olunub.
18-24 yaşlı auditoriya üçün hesablanan və fərdi məlumatları tələb edən reklam D.Trump-ın istifadəçi məlumatlarını oğurlaması kimi iddialara səbəb olub.