Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir: Əməkhaqları və pensiyalardakı artımlar inflyasiyaya təsir etməyəcək

Nazir: Əməkhaqları və pensiyalardakı artımlar inflyasiyaya təsir etməyəcək

Tarix: 20 Iyun 2019 14:12

Bakı. Elçin Mehdiyev – Trend:

Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarında artımlarla bağlı xərc dinamikasının hesablanması birbaşa olaraq göstərir ki, biz inflyasiyaya hər hansı bir ciddi təsir gözləmirik.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, inflyasiyaya hər hansı bir xərc artımının təsiri nisbətlə götürülən məsələdir. Yəni ölkəyə əlavə pul kütləsinin daxil olması, pul emissiyasının həyata keçirilməsi gözlənilmir.

Onun sözlərinə görə, dövlət büdcəsinin artan gəlirləri hesabına bu xərclər ödənilir və ümumilikdə bütün xərcin məbləğinə nəzər saldıqda onun Ümumi Daxili Məhsuldakı və pərakəndə ticarət dövriyyəsindəki payı yüksək deyil: “Maliyyə naziri bildirdi ki, ciddi inflyasiya təsirini gözləmirik və bunu nəzarətdə saxlayacağıq. Artıq ilk arqumentiniz də öz təsdiqini tapıb. Bu ilin mart ayından minimum əməkhaqları artırılıdı, pensiyalar artırıldı. Üç ay keçməsinə baxmayaraq, Azərbaycanda bu gün inflyasiya göstəricisi 2,5 faizdir. Artıq bunun özü bir sübutdur ki, ciddi inflyasiya göstəricisi yoxdur. Amma hər bir halda istənilən makroiqtisadi siyasət zamanı bu, nəzarətdə saxlanılan məsələdir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir Əməkhaqları pensiyalardakı artımlar inflyasiyaya təsir etməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ