Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni mövsümünün start tarixi bilindi - Erediviziyada

Yeni mövsümünün start tarixi bilindi - Erediviziyada

Tarix: 25 Iyul 2020 08:12

Niderlandda 2020/21 mövsümünün start tarixi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Niderland Futbol Assosiasiyası Erediviziyada yeni mövsümün sentyabrın 12-də başlayacağını açıqlayıb.

Yarışa gələn il mayın 16-da yekun vurulacaq. 34 turluq mübarizədən sonra elitada qalmaq və Avropa Liqasına vəsiqə uğrunda pley-off oyunları keçiriləcək. Mövsüm ərzində komandaların avrokuboklardakı çıxışları səbəbindən təqvimdə düzəlişlər mümkündür. XXII turdan sonrakı təqvim dekabrın ortalarında açıqlanacaq.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Niderlandda 2019/20 mövsümü erkən başa çatdırılıb və qalib elan olunmayıb.

Milli.Az


Etiketlər:  Yeni mövsümünün start tarixi bilindi Erediviziyada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ