Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2025 12:22
Azərbaycan vətəndaşlarına verilən şəxsiyyət vəsiqələri dəyişib.
Sonxeber.net xəbər verir ki, modern.az-ın məlumatına görə, bir müddətdir vətəndaşlara yenilənmiş şəxsiyyət vəsiqələri təqdim edilir.
Qeyd edək ki, avqust ayında Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri əlavə edilib. Məlumat şəxsiyyət vəsiqəsinin arxa hissəsində yerləşdirilib.
Elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılıb.