Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 13:56
Bakı. Elnur Bağışov - Trend:
İranda ötәn sutka әrzindә daha 2 316 nәfәr koronavirusa (COVID19) yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barәdә Trend nazirliyә istinadәn mәlumat verir.
S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusa yoluxanların sayı 288 839 nәfәrә çatıb. Onlardan 3 670 nәfәrin vәziyyәti ağırdır.
Sadat Lari әlavә edib ki, ötәn 24 saat әrzindә daha 195 nәfәr koronavirus nәticәsindә ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 15 484 nәfәrә yüksәlib.
Nazirlik rәsmisi indiyәdәk 251 319 nәfәrin koronavirusdan sağaldığını deyib.
Sadat Lari bildirib ki, ötən günlərdə olduğu kimi, Mazandaran, Fars,Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Rəzəvi Xorasanı, Əlborz, Xuzistan, Lorestan, Gülüstan, Kirman, Zəncan və İlam vilayətləri qırmızı zonalardır.
İranda indiyәdәk 2,3 milyondan çox diaqnoz testi hәyata keçirilib.