Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 15:24
1964-cü il Tokio Yay Olimpiya Oyunlarında SSRİ yığmasına qızıl medal qazandırmış sərbəst güləşçi Aleksandr İvanitskinin dünyasını dəyişib.
Qol.az xəbər verir ki, iyulun 22-də meşəyə göbələk yığmağa gedən veteran idmançının cəsədini bu gün Moskva ətrafında könüllülərdən ibarət axtarış qrupu aşkarlayıb.
Hazırda hadisə yerində təhqiqatçılar və kriminalistlər araşdırma aparırlar. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, 82 yaşlı Aleksandr İvanitski olimpiya çempionluğu ilə yanaşı, 4 dəfə dünya çempionluğu da qazanıb. O, güləş və sambo üzrə SSRİ çempionatlarının mükafatçısı da olub.