Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 18:03
Bakı. Trend:
Hacıqabul rayon sakini G.Alıkişiyevaya qarşı quldurluq törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R.Əsədov müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, iyulun 22-də saat 21 radələrində Nəsimi rayonu ərazisində bir nəfərin Hacıqabul rayon sakini G.Alıkişiyevanın əlinə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R.Əsədov müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb. Nəsimi RPİ-də araşdırma aparılır.