Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə klubunda rəsmi ayrılıq

Türkiyə klubunda rəsmi ayrılıq

Tarix: 26 Iyul 2020 12:42

Türkiyənin "Göztepe" klubu portuqaliyalı qapıçısı Beto ilə yollarını ayırıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə 38 yaşlı qolkiper sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, 3 ildir formasını geyindiyi İzmir təmsilçisindən ayrıldığını bəyan edərək hər kəslə vidalaşıb. Beto 2017-ci ildən etibarən Super Liqa təmsilçisinin heyətində 100-ə yaxın rəsmi oyuna çıxıb.

Portuqaliya yığmasının sabiq qapıçısı "Göztepe"yə "Sporting"dən gəlmişdi. O, karyerası ərzində "Sevilla", "Braga", "Porto", "CFR Cluj" kimi klubların da uğurları üçün çalışıb.


Etiketlər:  Türkiyə klubunda rəsmi ayrılıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ