Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN-in idarə rəisi koronavirusdan öldü

DİN-in idarə rəisi koronavirusdan öldü

Tarix: 26 Iyul 2020 13:50

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov dünyasını dəyişib. 

Sonxeber.net bildirir ki, avtosfer.az-ın məlumatına görə, İlham Rəcəbov bir neçə gün əvvəl müalicə üçün Türkiyəyə aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, rəis müavini təxminən bir ay əvvəl koronovirusa yoluxmuşdu. Müalicəsi Azərbaycanda davam etsə də, vəziyyəti pisləşdiyi üçün Türkiyəyə aparılmışdı. 

Xatırladaq ki, İlham Rəcəbov təxminən bir il əvvəl Baş Dövlət Yol Polisi İdarəsində rəis müavini təyin olunmuşdu. Daha əvvəl isə Texniki şöbənin rəisi vəzifəsində çalışırdı. 


Etiketlər:  DİN idarə rəisi koronavirusdan öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ