Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 17:08
Astrofiziklərdən ibarət beynəlxalq qrup kainatın yaşını yenidən hesablayaraq 13,8 milyard il olduğunu təsdiqləyib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Çilinin Atakama səhrasındakı dünyanın ən böyük teleskopu (ACT) vasitəsilə əldə edilmiş məlumatlar "Plank" kosmik rəsədxanasının standart modeli və hesablamaları ilə üst-üstə düşüb.
Qeyd edək ki, kainatın yaşı astrofiziklərin vahid fikrə sahib olmadıqları bir araşdırma mövzusudur. Lakin keçən il alimlər qalaktikaların hərəkətlərinə əsasən onun yaşının 2,3 milyard ildən aşağı olduğunu bildiriblər. Bu cür fərq yeni hesablama modelinin yaradılmasına və ya hesablamalarda səhvin olmasına işarə edirdi.
"ACT"-nin komandası ilk işığı tədqiq edərək kainatın yaşını təyin edib. Komandanın hesablaması "Plank" rəsədxanasının müşahidə nəticələri ilə eyni olub.
Beləliklə, kainatın təqribi olaraq 13,77 milyard yaşı var. Əldə edilmiş məlumatlar, həmçinin kainatın genişlənmə sürətini də anlamağa kömək edib.
Kainatın genişlənmə sürəti "Habbl sabiti" ilə ölçülüb.
Məlumata əsasən, 3,26 milyon işıq ili məsafəsində yerləşən obyekt bizdən saniyədə 67,6 kilometr sürətlə uzaqlaşır.