Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tvitter dünya sabitliyinə təhdid törədir? - İDDİA

Tvitter dünya sabitliyinə təhdid törədir? -  İDDİA

Tarix: 26 Iyul 2020 18:08

Londonun Kinq Kollecinin tədqiqatçıları siyasətçilərin sosial şəbəkədəki nəşrlərinin böhran vəziyyətlərinə necə təsir göstərəcəyini araşdırıblar. Nəticədə Tvitter dünyadakı sabitliyə təhdid adlandırılıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, alimlərin fikrincə, siyasətçilərin Tvitter-dəki yalnış açıqlamaları çox ciddi nəticələrə səbəb ola bilər.

"Siyasətçilər indi sosial şəbəkədən olduqca fəal istifadə edirlər. Donald Trumpın nümunəsi xüsusilə məşhurdur. Onun Tvitter-dəki mesajları dəfələrlə qalmaqalların mövzusuna çevrilib",-deyə alimlər vurğulayıblar.

Tədqiqatçılar bildiriblər ki, 2018-ci ildə ABŞ prezidenti KXDR lideri Kim Çen Inla bağlı Tvitterdə diqqətsiz fikirlər yazıb. O, praktik olaraq KXDR-ı nüvə silahı ilə hədələyib. Alimlər tvitlərin dünyadakı gərgin vəziyyəti daha da gücləndirə biləcəyi iki ssenarini müəyyənləşdiriblər. İlk ssenaridə mesaj müəllifi bir auditoriyaya müraciət edir və hamı onu nəzərdə tutulduğundan tamamilə fərqli olaraq qəbul edərək oxuyur. İkinci ssenaridə hərbi münaqişə tərəflərindən biri fərqli tvitlərdə özünə zidd ola bilər ki, bu da qarşı tərəfin düşmənin niyyət və istəklərini dərk etməsinə mane olur.


Etiketlər:  Tvitter dünya sabitliyinə təhdid törədir İDDİA


RƏYLƏR