Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqa yekunlaşdı - Avrokuboklara onlar gedir

Premyer Liqa yekunlaşdı -  Avrokuboklara onlar gedir

Tarix: 26 Iyul 2020 21:26

Bu gün İngiltərə Premyer Liqasında 2019/20 mövsümünə yekun vurulub.

Qol.az xəbər verir ki, 38-ci tutun nəticələrindən sonra Çempionlar Liqasının qrupunda birbaşa oynamaq hüququ verən 4-cü vəsiqənin sahibi bəlli olub.

Beləliklə, çempion "Liverpul" və 2-ci pillədə olan "Mançester Siti" ilə yanaşı, "Mançester Yunayted" və "Çelsi" də müvafiq olaraq 3-4-cü yerlərin sahibi kimi birbaşa ÇL-in qrup mərhələsində iştirak hüququ qazanıblar.

Mövsümü 5-ci pillədə tamamlayan "Lester" Avropa Liqasında mübarizəyə qrup mərhələsindən başlayacaq.

"Mançester Siti" Liqa kubokunu qazandığı üçün 6-cı pillədə qərarlaşan "Tottenhem" də Avroliqaya vəsiqə əldə edib. Joze Mourinyonun komandası 2-ci təsnifat mərhələsində mübarizəyə qoşulacaq.

Federasiya kubokunun finalına çıxan "Arsenal"ın da Avroliqada iştirak şansı var. "Topçular" həlledici görüşdə "Çelsi"yə qalib gəlsələr, birbaşa Avroliqanın qrup mərhələsinə vəsiqə əldə edəcəklər. 

Bundan başqa, həm ÇL-in qrupuna vəsiqə qazanan, həm də İngiltərə kubokunun yarımfinalına çıxan "Mançester Siti", "Mançester Yunayted" və "Çelsi" (4-cü komanda "Arsenal"dır) komandalarından hər hansı ölkə kubokunu qazansa, Premyer Liqanı 7-ci pillədə başa vuran "Vulverhempton" da Avroliqaya yollanacaq və 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Premyer Liqanı tərk edən komandalar isə mövsümü son üç pillədə başa vuran "Norviç", "Uotford" və "Bornmut"dur.



26 iyul

İngiltərə Premyer Liqası, 38-ci tur

“Arsenal” – “Uotford” – 3:2

“Bernli” – “Brayton” – 1:2

“Çelsi” – “Vulverhempton” – 2:0

“Kristal Pelas” – “Tottenhem” – 1:1

“Everton” – “Bornmut” – 1:3

“Lester” – “Mançester Yunayted” – 0:2

“Mançester Siti” – “Norviç” – 5:0

“Nyukasl” – “Liverpul” – 1:3

“Sauthempton” – “Şeffild Yunayted” – 3:1

“Vest Hem” – “Aston Villa” – 1:1

 


Etiketlər:  Premyer Liqa yekunlaşdı Avrokuboklara onlar gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ