Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Mərkəzi Komandanlığı dronunun İranın raket sistemi ilə vurulduğunu təsdiqləyib

ABŞ Mərkəzi Komandanlığı dronunun İranın raket sistemi ilə vurulduğunu təsdiqləyib

Tarix: 20 Iyun 2019 19:09

Bakı. Trend:

ABŞ Mərkəzi Komandanlığı ABŞ-ın Dəniz Üzərində Geniş Müşahidə (BAMS-D) dronunun İranın raket sistemi ilə vurulduğunu təsdiq edir.

Bunu Trend-in sorğusuna cavab olaraq ABŞ Mərkəzi Komandanlığının sözçüsü, Dəniz Qüvvələri kapitanı Bill Ürban deyib.

B.Ürban bildirib ki, hadisə iyunun 19-u saat təxminən 23:35 dronun Hörmüz körfəzi üzərində beynəlxalq hava məkanında uçduğu zaman baş verib:

"İran tərəfindən dronun İranın hava məkanında olmasına dair verdiyi hesabatlar düzgün deyil.

Baş verən hadisə beynəlxalq hava məkanında üçan ABŞ-ın hava müşahidə vasitəsinə xəbərdarlıqsız olan bir hücümdur.

Sözügedən BAMS-D dronu RQ-4A Global Hawk High-Altitude, Long, Endurance (HALE) pilotsuz hava vasitələri sisteminə aiddir. Bu dronlar okean və sahil ərazilərində real-vaxt rejimində kəşviyyat missiyalarını həyata keçirmək üçün istifadə olunur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ Mərkəzi Komandanlığı dronunun İranın raket sistemi ilə vurulduğunu təsdiqləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ