Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Federasiya: Bəzi güləşçiləri Avropa Oyunlarında yoxlamaq istəyirik

Federasiya: Bəzi güləşçiləri Avropa Oyunlarında yoxlamaq istəyirik

Tarix: 20 Iyun 2019 19:36

Bakı. Trend:

2-ci Avropa Oyunlarında bir neçə aparıcı güləşçimizlə yanaşı, gəncləri də sınaqdan keçirəcəyik.

Trend-in məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev deyib. Bildirib ki, həmin gənclər nəticə vermiş güləşçilərdir:

"Bu il əsas hədəfimiz Qazaxıstanda keçiriləcək dünya çempionatıdır. Bildiyiniz kimi, mundial Tokio-2020 üçün ilk lisenziya yarışı sayılır. Ondan öncəki turnirlər DÇ-yə hazırlıq xarakteri daşıyır. Ona görə bəzi güləşçiləri Avropa Oyunlarında yoxlamaq istəyirik. Onlardan bir neçəsi uzunmüddətli zədədən sonra ilk yarışına çıxacaq. Son vəziyyətlərini görmək istəyirik. Qarışıq bir tərkibdə Minskdə iştirak edəcəyik. Əsas hədəf güləşçiləri sınaqdan keçirmək olsa da, həmişə olduğu kimi, Minskdə də pəhləvanlarımızdan uğurlu çıxış gözləyirik.

Hazırda yeniyetmələrin Avropa çempionatı keçirilir. Geridə qalan 3 gündə güləşçilərimiz 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Bu, böyük nailiyyətdir. Biz həmişə güləşçilərimizin qarşısına məqsədlər qoyuruq. Belarusa kifayət qədər təcrübəli güləşçilər də, Avropa və dünya çempionları da yollanacaq. İnanırıq ki, Minskdən medallarla qayıdacaqlar".

Qeyd edək ki, açıq məşq zamanı sərbəst güləşçi Mahir Əmiraslanov (57 kq) və yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) da jurnalistlərin suallarını cavablandırıb və Minskdə çempionluğu hədəflədiklərini açıqlayıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Federasiya Bəzi güləşçiləri Avropa Oyunlarında yoxlamaq istəyirik


RƏYLƏR