Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tovuzda top mərmisi tapılıb (FOTO)

Tovuzda top mərmisi tapılıb (FOTO)

Tarix: 27 Iyul 2020 23:33

Bakı. Trend:

İyulun 27-si Azərbaycan Respublikasının Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Ağdam və Yuxarı Öysüzlü kəndləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 3 (üç) siqnal (əməliyyat çağırışı) daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə və fermanın yaxınlığına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və partlamış 6 ədəd minaatan mərmisinin hissələri aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Atəş nöqtələrinin ətrafında 150 kv.m əraziyə yerüstü, 15 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 27 iyul 2020-ci il tarixlərində 227 siqnal (əməliyyat çağırışı) əsasında 203 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 24 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 449 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 23 ədəd tank əleyhinə mina və 16 184 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 77 450 kv.m ərazi yerüstü və 11 733 kv.m ərazi yeraltı yoxlanılıb.

Tovuzda top mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda top mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda top mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda top mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda top mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda top mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda top mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda top mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda top mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda top mərmisi tapılıb (FOTO) - Gallery Image


Etiketlər:  Tovuzda mərmisi tapılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ